10 iyul 2023
236

Ruslar Türkiyəyə buna görə QƏZƏBLİDİR...

Ruslar Türkiyəyə buna görə
“Azov” komandirlərinin Türkiyədən Ukraynaya geri qaytarılması razılaşmaların pozulmasıdır.

DİA.AZ APA-ya istinadla xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Moskva bu vəziyyəti Ankara ilə müzakirə edəcək.

"Rusiya “Azov” komandirlərinin geri qayıtması ilə bağlı vəziyyəti Türkiyə ilə müxtəlif sahələrdəki müqavilələrdə nəzərə alacaq. Rusiya “Azov”un Ukraynaya qaytarılması ilə bağlı Türkiyəyə mövqeyini izah etmək üçün ali və yüksək səviyyədə kanallardan istifadə edəcək", - deyə Peskov vurğulayıb.

Kremlin sözçüsü Türkiyə ilə qaz qovşağı layihəsinin reallaşdırılması perspektivlərinin heç bir halda “Azov” komandirlərinin geri qaytarılması ətrafında yaranmış vəziyyətlə bağlı deyil.

Peskov qeyd edib ki, Türkiyənin Ukrayna ilə münasibətləri inkişaf etdirmək üçün mütləq hüququ var, lakin Rusiya bunun Moskvaya qarşı yönəlməyəcəyinə ümid edir.

Kreml rəsmisi Rusiya Prezidentinin Türkiyəyə planlaşdırılan səfərindən də danışıb: "Putinin Türkiyəyə səfərinin tarixi hələlik məlum deyil. Putinlə Ərdoğan arasında telefon danışığı hələki qrafikdə yoxdur, lakin liderlər, lazım gələrsə, bunu çox tez koordinasiya edə bilərlər. Rusiya Türkiyə