05 iyul 2023
195
“Ermənistan regionda sülhdə maraqlıdırsa, onun silahlı qüvvələri Qarabağdan tamamilə çıxmalıdır”
Münaqişə başa çatdıqdan az sonra Azərbaycan Ermənistanla bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında sülh sazişi imzalamaq üçün beş əsas prinsipini təqdim edib.Tribunainfo.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər görüşündə çıxışı zamanı səsləndirib.
“Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa məcbur olmasına baxmayaraq, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində hələ də Ermənistan silahlı qüvvələrinin qalıqları mövcuddur”, – deyən dövlət başçısı vurğulayıb ki, əgər Ermənistan həqiqətən də regionda çoxdan gözlənilən sülhdə maraqlıdırsa, onda onun silahlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsindən tamamilə çıxmalıdır. Bölgədəki erməni hərbi və yarımhərbi elementləri tərksilah edilməli və tərxis olunmalıdır.
Oxşar Xəbərlər:

Prezident: “Fransa özünü Azərbaycandakı erməni milli azlığının müdafiəçisi kimi göstərməyə çalışır”

Heydər Əliyevin anadan olmasının 100-cü ildönümüdür

Prezident əfv sərəncamı imzaladı – SİYAHI

Əliyev 20 illik dövrü qapadı: yeni mərhələ elan etdi

Dünənki atışmada dəhşətli fakt: erməniləri kim hazırlayıb?