17 iyun 2023
561
Taksilərlə bağlı qaydalar nə vaxtdan qüvvəyə minir? – RƏSMİ
Xəbər verdiyimiz kimi, Azərbaycanda taksi fəaliyyəti ilə bağlı qaydalar hazırlanır. Bu qaydaların nə vaxtdan qüvvəyə minməsi ilə bağlı hər hansı məlumat yoxdur.Yenimeydan.info bildirir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, hazırda proses müzakirə mərhələsindədir. Qanun qüvvəyə mindikdən sonra isə dəqiq tarix bəlli olacaq:
“Taksi fəaliyyətinin tənzimlənməsi istiqamətində atılan bütün addımlar, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində görülən işlər vətəndaşlara keyfiyyətli və təhlükəsiz xidmətin göstərilməsi, sərnişinlərin və fərdi məlumatların təhlükəsizliyinin təmin edilməsi, qeyri-formal məşğulluğun qarşısının alınması, bu sahədə qanuni fəaliyyət göstərən bütün sahibkarların maraqlarının qorunmasına hesablanıb.
Qanunvericiliyə taksi fəaliyyətinin tənzimlənməsi, bəlli standartların qoyulması və nəzarət mexanizminin qurulmasını nəzərdə tutan dəyişikliklər təklif olunur. Hazırda layihə üzərində müzakirələr aparılır. Qanun qəbul edildikdə qüvvəyə minmə tarixi göstəriləcək”.
Oxşar Xəbərlər:

Prezident əfv sərəncamı imzaladı – SİYAHI
Bakı gömrüyündə sahibkarın başına NECƏ OYUN AÇDILAR... - Prezidentə müraciət olundu

“Elektroenergetika haqqında” yeni qanun QƏBUL EDİLDİ

"De Fendo" Vəkil Bürosunun rəsmi açılış mərasimi keçirilib.

Saxta sənəd düzəldən vəzifəli şəxs məhkəmə zalında həbs edildi