23 may 2023
120

DİM 247 minlik tenderi "Farah İnnovations" şirkətinə verdi

DİM 247 minlik tenderi "Farah İnnovations" şirkətinə verdi
Dövlət İmtahan Mərkəzi server infrastrukturunun təkmilləşdirilməsi və elektron növbə sisteminin yaradılması üçün avadanlıqların satın alınması ilə bağlı tenderin nəticələrini elan edib.

Yenimeydan.info xəbər verir ki, tenderin qalibi "Farah İnnovations" MMC (VÖEN: 2900114151) seçilib.

Qalib şirktə 247 269 manat məbləğində müqavilə imzalanıb.

"Farah İnnovations" MMC daha öncə Dövlət Neft Fondundan 2 891 222 manat dəyərində "Məlumat emalı infrastrukturu və mövcud “Bloomberg Trader” sistemlərinə aid avadanlıqların satın alınması" tenderini qazanıb (30.12.2022).