22 may 2023
161

İRANDAN NÖVBƏTİ TƏXRİBAT… TEHRAN ƏLALTILARI YOXSA ŞAH TƏRƏFDARLARI?

      Əgər Əhməd bəyə qarşı təxribatın Tehranın əlaltılarının işi olduğu sübut olunarsa, demək, İran “şeytan” adlandırdığı əsas düşməni ABŞ ərazisində də hədəf seçdiyi insanları təqib edə bilir.
Yenimeydan.info yazır ki, bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.O qeyd edib ki, bu, şah tərəfdarlarının da işi ola bilər:
“Əhməd Obalı vaxtilə “Günaz” TV-ni təsis etməklə mürəkkəb bir işə girişib, dostlar qazanmaqla yanaşı, düşmənlərinin də hədəfinə gəlib. “Günaz” TV təsis edildiyi ilk gündən İranın Azərbaycan əleyhinə dövlət təblğatına, “Səhər” televiziya kanalının davamlı təxribatlarına qarşı mübarizə aparıb. Bu mübarizə Tehranı hər zaman rahatsız edib. Əgər Əhməd bəyə qarşı təxribatın Tehranın əlaltılarının işi olduğu sübut olunarsa, demək İran “şeytan” adlandırdığı əsas düşməni ABŞ ərazisində də hədəf seçdiyi insanları təqib edə bilir. Amerikada şah tərəfdarları da fəaldırlar, onlar sözdə İrandakı rejimə qarşı mübarizə apadıqlarını bəyan etsələr də, Azərbaycan məsələsində mövqeləri üst-üstə düşür, onlardan da təxribat gözləmək mümkündür”.