16 may 2023
115

Şok: Ukrayna 6 “Xəncər”, 9 “Kalibr”i məhv etdi


12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya 16 may gecə saatlarında Ukraynaya 18 ədəd müxtəlif tipli raket və “Şahid” PUA-ları ilə hücum edib.
Yenimeydan.info  xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı məlumat verib.
Onun sözlərinə görə, 6 ədəd MiQ-31K təyyarələrindən 6 ədəd X-47M2 “Xəncər” aeroballistik raketi, Qara dənizdən 9 ədəd “Kalibr” qanadlı raketi və 3 ədəd yerüstü bazalı (S-400, “İsgəndər”) raket atılıb.
“Bütün raketlər Ukrayna Hava Qüvvələrinin hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib”, - Zalujnı bildirib.