10 aprel 2023
191

Neft ucuzlaşıb

 Neft yeni həftəyə ucuzlaşma ilə başlayıb.

Yenimeydan.info "İnterfaks"a istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin iyun fyüçersləri 0,14 % ucuzlaşaraq 1 bareli 85 ABŞ dollarına satılıb. WTI neftinin iyun fyüçerslərinin qiyməti isə 0,11 % azalaraq 1 bareli 80,61 ABŞ dolları təşkil edib.

Bu həftə bazarın diqqəti Next İxrac Edən Ölkələr Birliyinin (OPEC) və Beynəlxalq Enerji Agentliyinin (BEA) neft bazarı ilə bağlı aylıq icmallarına, eləcə də ABŞ-ın Energetika Nazirliyinin ölkədəki enerji ehtiyatlarının həcminə dair məlumatlarına yönəlib.