10 aprel 2023
187
Prezidentdən müharibə əlilləri və şəhid ailələri ilə bağlı SƏRƏNCAM
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin maliyyələşdirilməsini əlavə olaraq 2023-cü ildə də həyata keçirəcək.
Yenimeydan.info xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla “Müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdirilməsi haqqında” sərəncama edilən dəyişiklikdən əksini tapıb.
Bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin maliyyələşdirilməsinin əlavə olaraq 2022-ci ildə formalaşmış dövlət icbari şəxsi sığorta vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulmuşdu.
Qeyd edək ki, dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdirilən tədbirlər sırasına mənzil və ya fərdi evlərlə, reabilitasiya vasitələri və reabilitasiya xidməti ilə təminat daxildir.

Oxşar Xəbərlər:
SAHİL BABAYEVİN RÜŞVƏTƏ GÖRƏ HƏBS EDİLƏN ƏMİSİOĞLU AZADLIQDA…
Saxta sənəd düzəldən vəzifəli şəxs məhkəmə zalında həbs edildi
Gənc qızın şok əməlləri: “Ərin başqa qadın yanına getməsin deyə…” – Təfərrüat
MEDİA-nın 20 MANAT DAVASI: AYIBDIR VALLAH... - "Vəsiqənin maya dəyəri 20 manatdır?"
İlginc «Azkontrakt» MÜƏMMASI... - NƏ BAŞ VERİR?