08 aprel 2023
370
Başçının baş həkim olan qardaşı işdən çıxarıldı
“Şabran Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin baş direktoru Aslan Usubov TƏBİB sədri Vüqar Qurbanovun əmri ilə vəzifəsindən azad olunub. Onu bu vəzifədə Səxavət Cəbrayılov əvəz edib.Yenimeydan.info xəbər verir ki, A.Usubov Bizim.media-ya faktı təsdiqləyib.
O, Şabran xəstəxanasındakı işindən öz xahişi ilə ayrıldığını bildirib.
Aslan Usubov TƏBİB sədrinin digər əmri ilə Bakıdakı 23 saylı Birləşmiş Şəhər Xəstəxanasına direktor təyin olunduğunu deyib.
Qeyd edək ki, Aslan Usubov Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubovun qardaşıdır.
Oxşar Xəbərlər:

10 saylı Yol İstismar MMC-nin direktoru Mübariz Paşayevin oğlunun “Tik-tok” MACƏRALARI – VİDEO

“Respublikanskinin” təzə direktorunun məzə siyasəti
Əhəd Abıyevin adı daha bir qalmaqalda - TƏFƏRRÜAT

Başlı-başına qalan Bakı səhiyyəsi... - İTTİHAM VAR!

AZƏRTAC-ın keçmiş əməkdaşı feyzbukda Prezidentə müraciət etdi: “Sonuncu postumdur, intihar edəcəm…”