03 aprel 2023
117

MAKRON ÇİNƏ GEDİR – PUTİNƏ DƏSTƏYİ DAYANDIRMAĞA…

     Fransa prezidenti Emmanuel Makron aprelin 5-7-də Çinə dövlət səfəri edəcək.Yenimeydan.info-nun  Tass-a istinadən verdiyi məlumata görə, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hua Çunyin məlumat verib.
Makron Çinə səfəri zamanı Ukraynadakı vəziyyəti Çin rəhbərliyi ilə müzakirə etməyi və Pekinə Rusiyanın hərbi dəstəyinə qarşı xəbərdarlıq etməyi planlaşdırır.
Qeyd edək ki, Makron koronavirus pandemiyası səbəbindən uzun müddət üz-üzə təmas etmədikdən sonra münasibətlərin bərpası prosesinə başlamaq niyyətində olacaq. Makron və Si Cinpinq sonuncu dəfə İndoneziyada keçirilən G20 sammiti çərçivəsində görüşüblər və Fransa prezidentinin Pekinə sonuncu səfəri 2018-ci ilin yanvarında baş tutub.