15 mart 2023
329
İrandan növbəti təxribat: Şagirdləri sərhədimizə gətirdi - Video
İran Azərbaycana qarşı növbəti təxribata əl atıb. Belə ki, məktəb şagirdləri sərhədin sıfır nöqtəsinə gətirilib və onlar Azərbaycanla sərhəddə “Salam fərmandeh” hərbi marşını oxuyublar.Axar.az xəbər verir ki, bu haqda “Azad İran” Teleqram kanalı görüntü paylaşıb.
Dünən İranın Araz Azad İqtisadi bölgəsində təhsil alan şagirdlər Araz çayının sahilində üç iranlı əsgərin məzarı başına gətirilib və onlara sözügedən mahnı oxudulub.
İran tarixində həmin əsgərlərin 1941-ci ilin sentyabrında “düşmən müdaxiləsinə qarşı” döyüşdüyü göstərilir.
Qeyd edək ki, “Salam fərmandeh” mahnısı Xameneiyə həsr edilib.
Oxşar Xəbərlər:
ABŞ Azərbaycan-Ermənistan arasında toqquşma proqnozlaşdırır - İrana qarşı güc tətbiqi masada

Dünənki atışmada dəhşətli fakt: erməniləri kim hazırlayıb?

DİM-dən buraxılış imtahanında iştirak edəcək şagirdlərə MÜRACİƏT

Gənc qızın şok əməlləri: “Ərin başqa qadın yanına getməsin deyə…” – Təfərrüat
Şah oğlu niyə birdən-birə üzünü Güney Azərbaycana çevirdi – Maraq və müəmma