13 mart 2023
151

Belarus İrandan PUA ala bilər

Belarus İrandan “Şahed” PUA-ları ala bilər.

Yenimeydan.info xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, Belarus Prezidenti Aleksandr Lukaşenkonun Tehranda iranlı həmkarı İbrahim Rəisi ilə görüşü keçirilir.

Tərəflərin Ukraynadakı müharibədə Rusiyaya dəstəyi müzakirə edə biləcəyi gözlənilir.

Qeyd edək ki, A.Lukaşenko bundan əvvəl Çinə səfər etmişdi.