13 mart 2023
182

“Ölüm ayağındayam” - Saakaşvili

“Ölüm ayağındayam”

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ölüm ayağında olduğunu açıqlayıb.
Yenimeydan.info xəbər verir ki, o, bu barədə “Sky News” telekanalının suallarını cavablandırarkən bildirib.
Saakaşvili telekanalın suallarını vəkil vasitəsilə yazılı olaraq cavablandırıb.120 kiloqram çəkidən 64 kiloqram çəkiyə düşdüyünü bildirən Saakaşvilinin sözlərinə görə, həkimlər çoxlu orqan çatışmazlığını proqnozlaşdırırlar:
“Mən daim yataqdayam, sümüklərim parçalanır və bu, dözülməz ağrılara səbəb olur. Ölüm ayağındayam”, - deyə Saakaşvili deyib.
Saakaşvilinin vəkili Şalva Xaçapuridze onun bu sözlərini təsdiqləyib.
Xatırladaq ki, Mixail Saakaşvili 2021-ci il oktyabrın 1-i Tbilisidə saxlanıldığı gün aclıq aksiyasına başlamışdı. O, 50 günlük aksiyadan sonra Qori hərbi hospitalında reabilitasiya kursu keçmiş, 2021-ci il dekabrın 30-na keçən gecə isə 12 saylı Rustavi həbsxanasına köçürülmüşdü. Saakaşvili 2022-ci ilin mayında uzun müddət davam edən aclıq aksiyasından sonra müalicə alması üçün Tbilisidə klinikaya köçürülüb. Gürcü siyasətçi bundan əvvəl iki cinayət işi üzrə qiyabi olaraq mühakimə olunub və ümumilikdə 6 il müddətinə azadlıqdan məhrum olunub.