04 mart 2023
311
Vətən müharibəsi iştirakçısı faciəvi şəkildə öldü
Gəncədə ölümlə nəticələnən yol qəzası baş verib.DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, Samux rayon sakini Xəyal Yolçuyev idarə etdiyi “VAZ 2107” markalı avtomobillə yolu keçmək istəyən piyada, 2002-ci il təvəllüdlü Şəhriyar Məmmədovu vurub. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölüb.Faktla bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, Ş.Məmmədov Vətən Müharibəsi iştirakçısı olub
Oxşar Xəbərlər:

Gənc qızın şok əməlləri: “Ərin başqa qadın yanına getməsin deyə…” – Təfərrüat
Əhəd Abıyevin adı daha bir qalmaqalda - TƏFƏRRÜAT
Naftalanda dələduzluq edən “falçı” saxlanılıb
“Qurtuluş 93”ün sahibinin kürəkəninin məhkəməsi başladı - “Land Rover”lə 4 nəfəri öldürmüşdü...

Azərbaycanda vəzifəli şəxs yol qəzasında öldü – FOTO