03 mart 2023
228
Yarım milyondan çox pul SİRLİ ŞİRKƏTƏ VERİLDİ
Dövlət Sərhəd Xidməti "Dərman preparatları və sarğı materialları" tenderinin nəticələrini açıqlayıb.
DİA.AZ xəbər verir ki, qalib "Solamedical" MMC seçilib.
Tenderin dəyəri 604.879 manatdır.
DİA.AZ vurğulayır ki, sözügedən MMC olduqca iri məbləğli tenderlərin ƏSAS QALİBİDİR... Bunu yəqin ki, gərəkən qurumlar da sezirlər... Amma Çİ FAYDA... Hər halda, hansısa tədbiri müşahidə edərdik.
DİA.AZ qeyd edir ki, rəsmən Nərimanov rayonu M.Araz, ev 18 ünvanında qeydiyyatda olan “Solamedical” MMC-nin adına açıq mənbələrdə tender elanlarından başqa demək olar ki, heç yerdə rast gəlinmir. Milyonlara hökm edən şirkətin nə veb-saytını, nə də sosial şəbəkələrdə hesabını tapmaq olmur.
Xatırladaq ki, ölkə başçısı dəfələrlə dövlət qurumlarının rəhbərlərini tenderləri öz yaxın adamlarına, şirkətlərinə verməkdə və bununla da korrupsiya əməli törətməkdə günahlandırıb: “Bəzi hallarda bizdə korporativ maraqlar üstünlük təşkil edir. Elə hallar var ki, bir və ya bir neçə şirkət bütün tenderlərdə qalib gəlir...”
İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...
Oxşar Xəbərlər:
Gənc qızın şok əməlləri: “Ərin başqa qadın yanına getməsin deyə…” – Təfərrüat
Cənab Təhməzli təkcə AQTA-dan qazanmır: TENDER BAZARINDA DA VAR.
“Expressbank” saxta reklamla insanları tora salır?
11 gün əvvəl yaranan şirkət 3,6 milyonluq tenderi necə udur?
İlginc «Azkontrakt» MÜƏMMASI... - NƏ BAŞ VERİR?