27 fevral 2023
373
İSRAİLİN VƏ TÜRKİYƏNİN TORPAQ İSLAHATI TƏCRÜBƏSİ ÖYRƏNİLİR… “TƏCRÜBƏ ÜÇÜN UĞURSUZ ÖLKƏLƏR SEÇİLİB” – EKSPERT…

“Məqsəd evlərin qiymətinin aşağı salınması, torpaqların idarə olunması ilə bağlı dövlət xərclərinin və bürokratik əngəllərin azaldılması olub. Bu gün İsraildə kənd təsərrüfatı təyinatlı torpaqların sahəsi vur-tut 450 min hektardır, onun təxminən 160 min hektarı suvarılır. Müqayisə üçün deyim ki, bu gün Azərbaycanda təkcə “Agro Dairy”nin əkdiyi torpaqlar 100 min hektara yaxındır. İsaildə torpaqların cəmi 7%-i özəl sektordadır. Bu gün İsraildə hansısa uğurlu torpaq islahatından danışmaq yersizdir. Bu ölkənin kənd təsərrüfatı möcüzəsinin səbəbi yeni bitki sortlarının yetişdirilməsi, suvarmanın innovativ sistemlərinin və qabaqcıl texnologiyanın tətbiqidir.

Türkiyəyə gəlincə, bu ölkədə torpaq islahatına iki dəfə cəhd olunub, ikisi də uğursuzluqla nəticələnib, ikincidə CHP hətta hakimiyyəti Adnan Menderesə təhvil verməyə məcbur olub, yəni torpaq isalahatı keçirib, torpaqları ağalardan alıb yoxsul kəndlilərə vermək cəhdinin bədəlini ağır ödəyib, çünki Menderes də böyük torpaq sahələri olan ağa idi”.
Q. Toğrul buldirib ki, hökumət, Kənd Təsərrüfatı Nazirliyinin dili ilə torpaq islahatı nəticəsində kiçik torpaq sahələrinin yaranmasını I torpaq islahatının naqis tərəfi kimi təqdim edir:
“Halbuki kənd təsərrüfatı az-çox inkişaf eləmiş ölkələrin təcrübəsi göstərir ki, bu sektor kiçik və orta fermerlərin çiynində dayanır. İnkişaf eləmiş ölkələrdə hökumətlər bizimkilərin xoşuna gəlməyəcək əks taktika işlədir, torpaqların bir neçə əldə cəmləşməsinin qarşısını almaq üçün məhdudiyyətlər tətbiq edir.
Məsələn, bu şəkildə: bir şəxsin 100 ha-dan (Rumıniya), 300 ha-dan (Macarıstan), 500 ha-dan (Polşa) çox torpaq sahəsi əldə etməsinə qadağa qoyur. Və yaxud digər bir tənzimləmə aləti: pay torpaqları satıla bilməz, yalnız icarəyə vermək mümkündür.
Dünya Bankının ekspertlərinin və tanınmış tədqiqqatçı alimlərin araşdırmaları göstərir ki, torpaqların bir neçə əldə cəmləşməsi iqtisadi inkişafı zəiflədir, kənd yerlərində yoxsulluğu artırır. Kənd təsərrüfatı sahəsində böyük təsərrüfatlar yalnız o zaman iqtisadiyyata pozitiv töhfə verir ki, dəqiq və ədalətli işləyən dövlət institutları mülkiyyət hüququnun qorunmasını təmin etsinlər və torpaqlardan təyinatına uyğun istifadə olunmasına ciddi nəzarəti həyata keçirsinlər. Eyni zamanda, kiçik və orta fermerlərin də böyüklər kimi ucuz maliyyə mənbələrinə və texnologiyalara rahat çıxışı olsun.
Torpaq islahatının keçirilməsi o zaman uğurlu sayılır ki, torpaqların kənd yerlərində yaşayanlar arasında bərabər və ədalətli bölgüsü həyata keçirilsin, torpaqların kimlərinsə əlində cəmlənməsinə imkan verilməsin”.

Oxşar Xəbərlər: