28 yanvar 2026
20
“Tariflərdən 600 milyard dollar qazanmışıq”
ABŞ Prezidenti Donald Tramp gömrük rüsumlarının ölkə büdcəsinə təxminən 600 milyard dollar həcmində gəlir qazandırdığını bildirib.Yenimeydan.info biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, o, bu açıqlamanı “Fox News” telekanalına müsahibəsində səsləndirib.Tramp vurğulayıb ki, tariflər iqtisadi uğurun əsas alətlərindən biridir:
“Gömrük tarifləri son dərəcə vacibdir. Bu mexanizm sayəsində 600 milyard dollara yaxın gəlir əldə etmişik”.
Prezident qeyd edib ki, əgər ABŞ Ali Məhkəməsi tariflərlə bağlı qəbul edilən qərarları qüvvədən salarsa, administrasiya alternativ mexanizmlər tətbiq edəcək.
Qeyd edək ki, Donald Tramp 2025-ci il aprelin 2-də 185 ölkədən ABŞ-yə idxal olunan məhsullara gömrük tariflərinin tətbiq edildiyini elan etmişdi. Sonradan bəzi ölkələr üzrə tarif dərəcələrinə yenidən baxılıb və dəyişikliklər edilib.
Oxşar Xəbərlər:

İdxalda 1 ayda milyard dollara yaxın artım - GÖMRÜK KOMİTƏSİ PREZİDENTİ ALDADIB

Fevralda hava necə olacaq? – AYLIQ PROQNOZ

Ölkədə 4 milyard dollarlıq kapital axını - Pul haradan gedib?
Dövlət zəmanəti ilə alınmış borclar: pulu kim ödəyəcək? - ARAŞDIRMA
Bakı gömrüyündə sahibkarın başına NECƏ OYUN AÇDILAR... - Prezidentə müraciət olundu