28 yanvar 2026
18

3 nəfərin öldüyü binaya baxılmır: Yasamalda NARAZILIQ

     Yasamal rayonunda yaşayış binasında 3 nəfərin ölümü ilə nəticələnən yanğından sonra binada heç bir təmir işi aparılmır.
Tribuna.az xəbər verir ki, bu barıdə məlumatı bina sakini, jurnalist Heydər Mirzə paylaşıb. O bildirib ki, binada yanğına səbəb olan LOFT şirkətinin rəhbəri Vüqar Abbasov təmirdən müxtəlif bəhanələrlə boyun qaçırır:
“Vüqar Abbasov deyir binanını təmir etməyə pulum yoxdur. Amma üç adamın ölümünə səbəb olan LOFT xarabasını təmir etmək istəyir tələsik, ona pulu var.
Odur ki, bir aydır bu binada təmir işləri getmir.
Deyirlər iş PA-nın və Baş Prokurorun nəzarətindədir. Ola bilər. Amma Vüqar Abbasov bu nəzarəti heç sayır.
Göz önündə olan budur. Oyun oynayır bizimlə.
Adamın saxlanmasına dair vəsatətimiz təmin olunmayıb. Naməlum səbəblərdən”.
Qeyd edək ki, Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən yaşayış binasında ötən ilin noyabr ayınds yanğın hadisəsi baş vermiş. Biri azyaşlı olmaqla 3 bina sakini həlak olmuşdu.
Gülşən Rəsul