28 yanvar 2026
17
İran cəmiyyəti depressiyaya düşüb: Aksiyalar yenidən başlayacaqmı?
8-9 yanvar qətliamından sonra İranda aksiyalar ən minimum səviyyəyə enib. Tribuna.az xəbər verir ki, bir neçə gündür artıq lokal da olsa hər hansı aksiyalar baş verməyib.Məlumatlara görə, insanlar əsasən dəfn prosesi və ya ölənlərin yas mərasimlərində müəyyən şüarlar səsləndirməklə kifayətlənirlər. Əksər hallarda isə bu etirazlar yerli təhlükəsizlik qüvvələri tərəfindən basdırılır.
Amma müşahidə olunan bir başqa məsələ də odur ki, baş vermiş faciəvi hadisələrdən sonra İran cəmiyyəti ağır depressiyaya düşüb. İnsanlar baş verənlərin şokundan ayıldıqdan sonra nə edəcəklərini bilmirlər.
Yerli müşahidəçilərin fikrincə, bu depressiya uzun müddət davam edə də bilər. Lakin prosesin yenidən start götürmə ehtimallarının ddaha çox olduğunu da qeyd edirlər. Xüsusən ABŞ-ın hərbi müdaxiləsi məsələsi fonunda hər şeyin yenidən başlaması və yekunlaşmasına səbəb ola bilər. Elə bu səbəbdən də onlar hesab edirlər ki, hazırda İran cəmiyyətinin yeganə ümidi kənar müdaxiləyə qalıb.
Fərda Uğur
Oxşar Xəbərlər:

“Referans” klinikasında pasiyentlərə qarşı hörmətsizlik – Foto

Bu məmurun qohumları restoranı ələ keçirmək istəyir-FOTO

“Möcüzə” Marketin yaratdığı “möcüzə”: Səkini qanunsuz biznesə çevirdilər — VİDEOreportaj

Tağı Əhmədovla sonuncu sensasion MÜSAHİBƏ – VİDEO

Prezident əfv sərəncamı imzaladı – SİYAHI