27 yanvar 2026
45
İranın “10 min km-i vuran” raketi Çinin çıxdı
Hələ bir çenə gün əvvəl İranın yeni ballistik raketini sınaqdan keçirdiyi barədə xəbər yayılmışdı.Tribuna.az xəbər verir ki, həmin məluamtalarda yeni raketin 10 min km məsafəni vurduğu iddia olunurdu.
Hətta bildirilirdi ki, ballistik raketin sınaqdan keçirilməsi zamanı Rusiyanın icazəsi ilə Sibirdəki nöqtə vurulub.
Lakin İran mühacir mediası həmin raketin İrana məxsus olmadığını bildirir. Onlar yazıblar ki, həmin raket Çinə məxsus olub və məqsədli şəkildə İranda sınaqdan keçirilib.
Belə ki, Çin həqiqətən də 10 min km məsafəni vura bilən yeni ballistik raketə sahib olub. Lakin onun sınağını İranda keçirməklə, həm də ABŞ-a “hərbə zorba” gəlmək istəyib. Görüntü yaratmağa çalışıb ki, guya, İranın uzaq məsafəni vuran raketi var. Məqsəd isə ABŞ-ı İrana hücumunu ertələmək olub.
Fərda Uğur




