27 yanvar 2026
18

Məhkəmə sədrinin oğlu arvadını öldürüb özünü binadan atdı

 Bakıda dəhşətli ailə faciəsi yaşanıb.
Yenimeydan.info  Teleqraf-a istinadla xəbər verir ki, orta yaşlı kişi ailə münaqişəsi zəminində həyat yoldaşına çoxsaylı bıçaq zərbələri endirib, daha sonra özünü binadan atıb.
Məlumata görə, hadisəni törədən Qəbələ Rayon Məhkəməsinin sədri Abbas Əliyevin oğludur.
Hadisə nəticəsində ər və arvadın öldüyü bildirilir. Hadisə Xətai rayonu ərazisində qeydə alınıb.