24 yanvar 2026
35
Bakıda qaz idarəsinin "əməkdaşı" saxlanıldı
Xəzər rayonunda naməlum şəxsin evləri gəzərək qaz sayğacının qüsurla işlədiyi və s. səbəblər irəli sürməklə, onun dəyişdirilməsi adı altında vətəndaşlardan pul aldığı barədə polisə məlumat daxil olub.Yenimeydan.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə qeyd edilən dələduzluq əməllərini törətməkdə şübhəli bilinən Yusif Mərdan oğlu Ağayev saxlanılıb. Onun törətdiyi əməllərlə bağlı araşdırma aparılır.
Y.Ağayevin qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar varsa, bu barədə polisə müraciət edə bilərlər.
Oxşar Xəbərlər:

Media nümayəndələri təltif edildi -SİYAHI

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Ağadadaş Ağayevin səhhəti pisləşdi - məhkəməsi təxirə salındı
Neft və Qaz İnstitutunun satınalmalarında dövlət sənədlərini saxtalaşdıran MMC-lər qalib edilib - İLGİNC İDDİALAR...

Prezident əfv sərəncamı imzaladı – SİYAHI