21 yanvar 2026
29
“Dezinformasiya ilə mübarizə sahəsində mexanizmlər artıq formalaşıb”

“Azərbaycanda dezinformasiya ilə mübarizə sahəsində həm parlament komitələri, həm də müxtəlif dövlət qurumları çərçivəsində müvafiq mexanizmlər artıq formalaşıb.
Bu mexanizmlərin daha da təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir və sosial barışın qorunması dövlətin əsas prioritetlərindən biri olaraq qalır”.
Yenimeydan.info AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli “Dezinformasiya: qlobal miqyasda və Azərbaycan reallığında ən ciddi təhlükə kimi” mövzusunda keçirilən ictimai müzakirədə söyləyib.
O bildirib ki, Şuşa Qlobal Media forumları artıq bir ənənə və beynəlxalq trend kimi formalaşıb. Prezident İlham Əliyev forumların hər birində iştirak edir və dünyanın müxtəlif ölkələrindən gələn jurnalistlərin və media ekspertlərinin suallarını cavablandırır.
Oxşar Xəbərlər:

Şamaxı Xəstəxanasının direktoru Natiq Əliyevin arxasında kim durur –Vüqar Qurbanov, Teymur Musayev, yoxsa…

Şamaxı Xəstəxanası kimin mülküdü, Natiq Əliyevin atasının, yoxsa TƏBİB-in? –Vüqar Qurbanov cavab versin

Prezidentlər Birgə Bəyanat imzaladılar

Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib -YENİLƏNİR/FOTOLAR

Prezident əfv sərəncamı imzaladı – SİYAHI