18 yanvar 2026
35
Alyaskada 1 500 hərbçi döyüş hazırlığına gətirildi -SƏBƏB
Məlumata görə, hərbçilər Minnesota ştatına göndərilə biləcək ehtiyat qüvvə kimi nəzərdə tutulur. Bu addım prezident Donald Trampın ölkə daxilində baş verən iğtişaşlarla bağlı Qiyam Aktını (Insurrection Act) tətbiq etmək ehtimalını dilə gətirməsi fonunda atılıb.
Söhbət Alyaskada dislokasiya olunmuş 11-ci hava-desant diviziyasına daxil olan iki piyada batalyonundan gedir. Hərbçilər mümkün göndəriş üçün logistika və əməliyyat baxımından hazır vəziyyətə gətirilib. Rəsmilər bildirirlər ki, bu qərar ehtiyat tədbiri xarakteri daşıyır və hazırda Minnesotaya qoşun göndərilməsi ilə bağlı yekun əmr verilməyib.
Qeyd edək ki, Tramp bundan əvvəl immiqrasiya xidməti (ICE) agentləri ilə etirazçılar arasında baş verən toqquşmalar fonunda Qiyam Aktını işə sala biləcəyini bəyan etmişdi. Lakin sonradan o, vəziyyətin hələlik bu addımı tələb etmədiyini bildirib.
Hazırlıq vəziyyətinə keçid ABŞ-da daxili təhlükəsizliklə bağlı müzakirələrin yenidən kəskinləşdiyini və federal hakimiyyətin mümkün gərginlik ssenarilərinə qarşı hərbi variantları da nəzərdən keçirdiyini göstərir.
Oxşar Xəbərlər:

TRAMPIN QARANLIQ KEÇMİŞİ: ONU RUSİYAYA NƏ BAĞLAYIR? – Qərb mətbuatı ABŞ liderini ifşa etməyə başladı +FOTOLAR
“Oval kabinet qalmaqalı” Avropanı ABŞ-dan qopartdı:Tramp-Putin sövdələşməsi “legitim”liyini itirdi

TRAMP ABŞ “DƏRİN DÖVLƏTİ” QARŞISINDA HANSI ÖHDƏLİYİ GÖTÜRÜB? - NATO tarixə qovuşa, Avropa isə...
“Bravo”dakı cinayətin GİZLİ DETALLARI - Fala baxdırıb basqın etdilər

Rus ordusu ilə ermənilər arasında “döyüş”...