16 yanvar 2026
36

Valideynləri ABŞ-ı söyür, uşaqları ABŞ-da kef çəkir

   İran məmurlarının Qərb ölkələrində, xüsusən ABŞ-da yaşaması yeni hadisə deyil. Uzun illərdir bu mövzu gündəmdədi, lakin nəticə dəyişmir.
Tribuna.az xəbər verir ki, “Independent Persian” nəşri bununla bağlı araşdırma aparıb.
Məlum olub ki, İran rəsmilərinin övladları ABŞ-da rahat həyat yaşayırlar. Onlardan biri 43 yaşlı İsa Haşimidir. O, 1979-cu ildə Tehrandakı ABŞ səfirliyinin ələ keçirilməsində iştirakçı olmuş, sonradan İranın vitse-prezidenti və Ətraf Mühitin Mühafizəsi Təşkilatının sədri vəzifələrində çalışmış Məsumə Ebtekarın oğludur. İsa Haşimi 2010-cu ildə Amerikaya köçüb.
Digər şəxs isə 40 yaşlı Fatimə Ərdəşir Laricanidir. O, İran parlamentinin keçmiş sədri və hazırda Ali Milli Təhlükəsizlik Şurasının katibi olan Əli Laricaninin qızıdır. Qızı Amerikanın Atlanta şəhərində yaşayır.
P.S. Laricani bir neçə gün əvvəl ABŞ-ın ünvanına ağır ittihamlar səsləndirməklə yanaşı, onları təhqir edən ifadələr işlətmişdi. Paradoks odur ki, valideynləri ABŞ-ı söyür, övlarları isə ABŞ-da kef çəkirlər.
Fərda Uğur