16 yanvar 2026
33

Ölü sayı 15 minə çatdı: Qətliamın episentri Məşhəd olub

    İranda 20 günə yaxındır davam edən etirazlarda ölənlərin yeni sayı müəyyən edilib.
Tribuna.az xəbər verir ki, yanvarın 8-9-da baş vermiş qətliam zamanı ilkin olaraq 12 min nəfərin öldürüldüyü qeyd edilirdi.
Dünən yerli mənbələr ölü sayının xeyli artdığını və bir çoxlarının şəxsiyyətlərinin müəyyənləşdirildiyini bildiriblər. Onların açıqladığına görə, İranda öldürülənlərin sayı 15 min nəfərə çatıb.
Məlumatlara görə, baş verəmiş qətliamın episentri paytaxt Tehran yox, İranın 4-cü ən böyük şəhəri Məşhəd şəhəri olub. Ən çox ölüm halı bu şəhərdə qeydə alınıb.
Fərda Uğur