16 yanvar 2026
33
BMT: Qəzzada dağıntıların təmizlənməsi 7 ildən çox vaxt apara bilər
Qəzzada 60 milyon tondan çox dağıntı var və onların təmizlənməsi 7 ildən çox vaxt apara bilər.
Yenimeydan/info xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Layihə Xidmətləri Ofisinin (UNOPS) icraçı direktoru Corc Mureyra de Silva deyib.
Onun sözlərinə görə, İsrail hücumlarından sonra 2 milyona yaxın insan çox ağır humanitar şəraitdə yaşayır, qış və güclü yağışlar vəziyyəti daha da pisləşdirib.
Qəzzada infrastrukturun 80%-dən çoxu dağıdılıb, evlər, məktəblər, xəstəxanalar, su və elektrik sistemləri məhv edilib.
Orta hesabla hər insan 30 ton dağıntı ilə əhatə olunub. Bu dağıntılar həm sağlamlıq üçün təhlükəli maddələr, həm də insan qalıqları ehtiva edir.
BMT-yə görə, Qəzza və İordan çayının qərb sahilində bərpa işləri üçün 53,2 milyard dollar lazım olacaq.
Oxşar Xəbərlər:

Kərə yağı Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? – Qiymət 35% bahalanıb

Ölkədə 4 milyard dollarlıq kapital axını - Pul haradan gedib?
Dövlət zəmanəti ilə alınmış borclar: pulu kim ödəyəcək? - ARAŞDIRMA

Prezident əfv sərəncamı imzaladı – SİYAHI

“Elektroenergetika haqqında” yeni qanun QƏBUL EDİLDİ