14 yanvar 2026
43

İran rejimi meyid alverinə başlayıb: “8000 dollar ver, nəşi apar”

     İranda baş verən hadisələr nəticəsində öldürülən dinc etirazçıların ailələri övladlarının nəşini almaq üçün çətinliklə üzləşiblər.
Tribuna.az xəbər verir ki, bu barədə yerli mənbələr məlumat yayıb.
Məlumatda deyilir ki, rejim mənsubları qətlə yetirilmiş etirazçıların ailələri qarşısında iki şərt qoyur. Qeyd edilir ki, birinci şərt meyidin təhvil verilməsi üçün valideynlərdən 1 milyard tümənin (7-8 min dollar) istənilməsidir. Həmin pulu rejim mənsubları özlərinə götürürlər.
İkinci şərtdə isə valideynlərə təklif olunur ki, övladlarının guya, Bəsic təşkilatının üzvü olduğunu “təsdiqləməlidirlər”. Bunun üçün Bəcis üzvü olan vəsiqə düzəldərək, onlara verilir ki, TV qarşısında bu şəkildə çıxış etsinlər. Məqsəd isə guya, İranda hökumət qüvvələrinin daha çox öldürülməsi görüntüsü yaratmaqadır.
Hər iki təklifdən imtina edənlərin isə öldürülmüş uşaqlarının meyidi bir müdddət verilmir. Daha sonra onlar kimsəsizlər qəbristanlığında dəfn edilir və qəbirləri bilinməz hala salınır ki, valideynləri tapa bilməsin.
Amma bundan da iyrənc bir başqa hərəkətə də yol verilir. Rejim mənsublarının təkliflərini rədd edənlərin uşaqlarının meyidləri çox vaxt zibil yeşiklərinə və ya kanalizasiyalara atırlar.
Fərda Uğur