12 yanvar 2026
30

Bu xəstəxananın baş həkimi işdən çıxarıldı

   Sumqayıt şəhər 1 nömrəli xəstəxananın baş həkimi Mətləb Musayev tutduğu vəzifədən azad edilib.Yeenimeydan.info   “Report”a istinadən verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.
Hazırda baş həkim vəzifəsinə yeni təyinat yoxdur.
Qeyd edək ki, M.Musayev müğənni Mənzurə Musayevanın qardaşıdır.