12 yanvar 2026
28
“Azercell” abunəçilərin mb-larını oğurlayır? – İDDİA
“Azercell” abunəçisi iddia edir ki, sözügedən telekom artıq abunəçilərin balansından mb-ları da oğurlayır.Tribuna.az xəbər verir ki, bu barədə sosial şəbəkədə Ruslan Məmmədli yazıb. O bildirib ki, “Azercell”in oğurluğunu özü müşahidə edib:
“Dostlar, hamının xəbəri olsun:
“Azercell” artıq mb oğurlayır. Özüm ölçmüşəm. Əvvəllər 1 gb-la bir qısa filmə rahat baxırdıqsa, indi gb-lar 5 dəfə tez bitir.
Allah bəlasını versin bütün oğruların.
Son 10 gündə 2 dəfə 7 gb-lıq paket götürmüşəm, yenə yoxa çıxıb. Halbuki əvvəllər belə şey yox idi.
Ölün qurtarın!”.
Məsələ ilə bağlı “Azercell” ilə əlaqə saxlamağa çalışdıq. Lakin cəldlərimiz alınmadı. Sözügedən telekomun mövqeyini işıqlandırmağa hazırıq.
Qeyd edək ki, “Azercell Telekom” MMC-nin prezidenti Zərinə Zeynalovadır.
Gülşən Rəsul
Oxşar Xəbərlər:

“Möcüzə” Marketin yaratdığı “möcüzə”: Səkini qanunsuz biznesə çevirdilər — VİDEOreportaj

Vətəndaş Yasamal RİH-i ittiham etdi: “Yardım bir qism adama verilir” – Foto

Laçına da qar yağır – FOTO
`Azercell` istehlakçı hüquqlarını NECƏ POZUR... - NARAZILIQ VAR...

Tağı Əhmədovla sonuncu sensasion MÜSAHİBƏ – VİDEO