12 yanvar 2026
33
Pezeşkian xalqı meydanlara çağırdı
İran Prezidenti Məsud Pezeşkian televiziya vasitəsilə xalqa müraciət edərək, ölkədə davam edən iğtişaşlara qarşı vətəndaşları mövqe nümayiş etdirməyə çağırıb.
Yenimeydan.info xəbər verir ki, Prezident müraciətində İran xalqını meydanlara çıxmağa və iğtişaşçıların xalqın tələblərini təhrif etməsinə imkan verməməyə səsləyib.
Pezeşkianın sözlərinə görə, İran cəmiyyəti dinc etirazları tanısa da, məscidləri və ictimai binaları yandıranları qəbul etmir:
“Hökumət dinc etirazçıların tələblərini dinləməyə və ölkə daxilindəki bütün tərəflərlə görüşməyə hazırdır. Lakin buna baxmayaraq, baş verən iğtişaşlarda xarici qüvvələrin, xüsusilə ABŞ və İsrailin rolunun olduğu danılmazdır”.
Xatırladaq ki, dekabrın 28-də milli valyutanın dəyərdən düşməsi ilə başlayan etirazlar artıq iki həftədən çoxdur ki, davam edir.
Oxşar Xəbərlər:

İranda məcburi hicab tarix olur – Tehran təməl prinsipini qurban verir.

İranda siyasi böhran: İmpiçmentlər, istefalar, güc mübarizəsi - TƏHLİL

Heydər Əliyev-Xalqimizin qəlbində əbədi heykəlini qoyduğu dahi şəxsiyyət

Valyuta sərvətləri və milli valyuta ilə bağlı qərar verildi

Azərbaycanda Anım Günüdür