10 yanvar 2026
29
İran şahının oğlu etirazçılara səsləndi:şəhər mərkəzlərini tutun!
1979-cu ildə devrilmiş İran şahının ABŞ-da yaşayan oğlu Rza Pəhləvi şənbə günü iranlıları daha məqsədyönlü etiraz aksiyalarına çağırıb.
Yenimeydan.info xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Qeyd edilib ki, o, şəhər mərkəzlərinin ələ keçirilməsi və nəzarətdə saxlanılmasını əsas hədəf kimi göstərib.
“Bizim məqsədimiz artıq sadəcə küçələrə çıxmaq deyil. Məqsəd şəhər mərkəzlərini ələ keçirməyə və onları saxlamağa hazırlaşmaqdır”,-deyə Rza Pəhləvi sosial şəbəkələrdə yayımladığı videomüraciətdə bildirib.
Şənbə və bazar günləri yeni etiraz aksiyalarının keçirilməsinə çağıran Rza Pəhləvi əlavə edib ki, çox yaxın hesab etdiyi bir gündə vətənə qayıtmağa hazırlaşır.
Xatırladaq ki, Rza Pəhləvinin çağırışından sonra yanvarın 8-də İranda etiraz yürüşləri güclənib. Sosial şəbəkələrdə kütləvi aksiyaları əks etdirən çoxsaylı videolar yayılsa da, İranın Fars agentliyi etirazların “məhdud xarakter daşıdığını” iddia edib. Etirazların fəallaşması fonunda ölkədə internet, mobil və şəhər telefon rabitəsi müvəqqəti olaraq dayandırılıb.
İİğtişaşlar zamanı şəxsi mülkiyyətə və şəhər infrastrukturuna ziyan dəyib. Nəqliyyat vasitələri, o cümlədən təcili yardım avtomobilləri və şəhər avtobusları məhv edilib, metro stansiyalarına, məscidlərə, banklara və mağazalara ziyan vurulub.
İran KİV-ləri iğtişaşlar zamanı ölən və yaralananların olduğu barədə məlumat yayıb.
Oxşar Xəbərlər:

İranda məcburi hicab tarix olur – Tehran təməl prinsipini qurban verir.

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Türkiyəli “biznesmen”lə “Bakı Abadlıq Xidməti” MMC-ni nə birləsdirir?

Prezident əfv sərəncamı imzaladı – SİYAHI
Şah oğlu niyə birdən-birə üzünü Güney Azərbaycana çevirdi – Maraq və müəmma