09 yanvar 2026
43
Tramp Putinin ən dəhşətli kabusunu oyatdı - Eggert
Hələlik ABŞ Prezidenti Donald Trampın Rusiyada Vladimir Putini devirmək istədiyi hiss olunmasa da, amerikalıların Venesuelada həyata keçirdiyi ildırımsürətli əməliyyat Rusiya siyasi rəhbərliyini dərindən sarsıdıb.Axar.az xəbər verir ki, bu barədə rusiyalı jurnalist Konstantin Eggert bildirib.
“Moskva Venesuela ilə bağlı vəziyyətdə açıq şəkildə aciz qaldı və Nikolas Maduronun qaçırılmasının qarşısını ala bilmədi. Buna görə də Kremlin amerikalılara onların “arxa həyətində” birbaşa qarşı duracağına ciddi şəkildə ümid edən yox idi.
Lakin Rusiya liderini əsl qorxuya salan Maduronun qaçırılmasından sonra baş verənlər oldu. Amerikalıların vaxtilə İraqda etdikləri kimi, Venesuelada da bütün hakim rejimi tamamilə süpürüb atmaq əvəzinə, bu dəfə Vaşinqton başqa strategiya seçdi. Ağ Ev devrilmiş prezidentin müavininin ölkəni idarə etməsinə, bütün köhnə dövlət aparatını saxlamasına razılıq verdi — bir şərtlə ki, bundan sonra Venesuela hökuməti ABŞ-la əməkdaşlıq etsin. Tramp Putinin ən dəhşətli kabusunu oyatdı”, - K.Eggert qeyd edib.
Oxşar Xəbərlər:

"YA BİR NEÇƏ HƏFTƏYƏ OLACAQ, YA DA HEÇ VAXT..." – Tramp Putini, Zelenski Trampı təriflədi, sülh isə yenə yoxdur

TRAMPIN QARANLIQ KEÇMİŞİ: ONU RUSİYAYA NƏ BAĞLAYIR? – Qərb mətbuatı ABŞ liderini ifşa etməyə başladı +FOTOLAR

Putinin Rusiyaya xəyanəti:Ukraynanı ABŞ-a “təslim etdi”

TRAMP ABŞ “DƏRİN DÖVLƏTİ” QARŞISINDA HANSI ÖHDƏLİYİ GÖTÜRÜB? - NATO tarixə qovuşa, Avropa isə...

Tağı Əhmədovla sonuncu sensasion MÜSAHİBƏ – VİDEO