06 yanvar 2026
30
Sabiq nazir dövlətə olan 2 milyon manatdan artıq borcunu ödəyib - TƏFƏRRÜAT

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsus “Improtex Group”a daxil olan şirkətlərdən biri olan "İmprotex Industries” MMC külli miqdarda vergi borcunu ödəyib.
Teleqraf xəbər verir ki, “İmprotex Industries” MMC 2 milyon 223 min manat məbləğində vergi borcunu tam şəkildə dövlət büdcəsinə köçürüb.
Bildirək ki, şirkətin qanuni təmsilçisi sabiq nazirin qardaşı oğlu Ruslan Ələkbərovdur.
Qeyd edək ki, “Improtex” qrupu 1991-ci ildə yaradılıb. Füzuli Ələkbərovun nazir vəzifəsində çalışdığı dövrdə holdinqə onun həyat yoldaşı İradə Ələkbərova rəhbərlik edib.
Hazırda şirkətlər qrupuna “İmprotex Trucks & Buses”, “İmprotex Industries”, “İmprotex Motors” və “Imagro” kimi törəmə şirkətlər daxildir
Oxşar Xəbərlər:

Füzuli Ələkbərovun milyonluq "tender imperiyası": Bacısı oğlu bu nazirin müavinidir + Qalmaqallı keçmiş

Media nümayəndələri təltif edildi -SİYAHI

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Azərbaycanda ilk dəfə: Ən çox vergi ödəyən 100 şirkət – Siyahı + Məbləğlər

Prezident əfv sərəncamı imzaladı – SİYAHI