05 yanvar 2026
37
Sahibkarın arvadının əl-ayağını bağlayıb evini taladı (FOTO)
Yanvarın 4-də Masallı rayonu ərazisində quldurluq cinayəti qeydə alınıb.Yenimeydan.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, naməlum şəxs rayonun kəndlərindən birindəki mənzilə daxil olaraq ev sahibini xəsarət yetirəcəyi və mənzili yandıracağı ilə hədələyib.
O bu yolla evdən 33400 manat dəyərində qızıl-zinət əşyalarını, 2000 ABŞ dolları, 10500 manatı və bir ədəd mobil telefonu ələ keçirərək hadisə yerindən qaçıb.
Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 33 yaşlı Hüseyn Məmmədov saxlanılıb.
Bildirilir ki, hücuma məruz qalan ev Masallıda tanınmış sahibkarlardan birinə məxsusdur. Onun rayonda yanacaqdoldurma məntəqəsi və digər obyektləri var. Hadisə zamanı H.Məmmədov sahibkarın evdə olmamasından istifadə edərək onun arvadına hücum edib, əl-ayağını bağlayaraq qızıl və pulları aparıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Oxşar Xəbərlər:

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Salyanda 43 yaşlı kişi məktəbli qızı qaçırdı: “Anası oğlunun evə daim qız gətirdiyini dedi” – TƏFƏRRÜAT
“Bravo”dakı cinayətin GİZLİ DETALLARI - Fala baxdırıb basqın etdilər

İşdən azad edilən Əhəd Abıyevin inanılmaz ailə sərvəti – Siyahı

Prezident əfv sərəncamı imzaladı – SİYAHI