05 yanvar 2026
27
Tramp Venesuela ilə bağlı brifinq keçirəcək
ABŞ Prezidenti Donald Tramp yanvarın 5-i brifinq keçirərək Venesuela ilə bağlı mövqeyi barədə hər iki partiyadan olan konqresmenlər qrupunu məlumatlandıracaq.
Yenimeydan.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı CNN mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, brifinq yerli vaxtla saat 17:30-da (Bakı vaxtı ilə yanvarın 6-sı saat 02:30-da) keçiriləcək.
Çıxış edənlər arasında Pentaqonun rəhbəri Pit Heqset, dövlət katibi Marko Rubio və ABŞ-nin Baş prokuroru Pamela Bondinun da olması gözlənilir.
Xatırladaq ki, yanvarın 3-ü ABŞ hərbi qüvvələri Venesuelanın paytaxtı Karakasda və ətraf ştatlarda 11 strateji hədəfə genişmiqyaslı zərbələr endirib. Ölkə Prezidenti Nikolas Maduro və xanımı Siliya Floreslə birlikdə ələ keçirilərək ölkədən çıxarılıb.
Oxşar Xəbərlər:

Maduro və xanımı burada saxlanılacaq

"YA BİR NEÇƏ HƏFTƏYƏ OLACAQ, YA DA HEÇ VAXT..." – Tramp Putini, Zelenski Trampı təriflədi, sülh isə yenə yoxdur

Tramp Maduroya Venesuelanı tərk etməsi üçün bir həftə vaxt verib

Deputatlardan Bayramova müraciət: ABŞ-la sazişlərə xitam verilsin!

Prezident əfv sərəncamı imzaladı – SİYAHI