04 yanvar 2026
29
Zelenski Trampla görüşəcək

Ukrayna və Amerika Birləşmiş Ştatları prezidentləri yenidən görüşəcəklər.
Yenimeydan.info : Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski brifinqdə məlumat verib.
Zelenski yanvarın sonunda ABŞ Prezidenti Donald Trampla sülh planını müzakirə etmək üçün yeni görüş keçirəcəyini açıqlayıb.
Prezidentin sözlərinə görə, bundan əvvəl Avropa liderlərinin görüşü olacaq, orada təhlükəsizlik sənədləri yekunlaşdırılacaq. Liderlər bir çox məsələni müzakirə edəcəklər. Lakin əsas diqqət təhlükəsizlik zəmanətləri və Ukraynanın bərpasına yönəldiləcək.
Prezident əlavə edib ki, Donald Trampın komandası ilə də görüşlər olacaq və bu görüşlər Parisdə keçiriləcək
"Görüşlər 24 saat, bəlkə də iki saat davam edəcək. Hər şey işlərin gedişatından asılıdır. Bundan sonra düşünürəm ki, biz ABŞ-da geniş çərçivədə rəhbərlik səviyyəsində görüşə hazırlaşacağıq. Biz istərdik ki, bütün bunlar yanvarın sonuna qədər baş versin", - deyə Prezident bildirib.
Qeyd edək ki, dekabrın 28-də Ukrayna və ABŞ prezidentləri Volodimir Zelenski və Donald Tramp Floridada görüşüblər. Danışıqlardan sonra liderlər əldə edilmiş nəticələrlə bağlı açıqlamalar veriblər. ABŞ prezidenti Donbas məsələsində müəyyən irəliləyiş olduğunu bildirərək, yekun qərarın hələ verilmədiyini, lakin tərəflərin razılığa yaxın olduğunu bildirib.
Oxşar Xəbərlər:

"YA BİR NEÇƏ HƏFTƏYƏ OLACAQ, YA DA HEÇ VAXT..." – Tramp Putini, Zelenski Trampı təriflədi, sülh isə yenə yoxdur

Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib -YENİLƏNİR/FOTOLAR

TRAMPIN QARANLIQ KEÇMİŞİ: ONU RUSİYAYA NƏ BAĞLAYIR? – Qərb mətbuatı ABŞ liderini ifşa etməyə başladı +FOTOLAR
“Oval kabinet qalmaqalı” Avropanı ABŞ-dan qopartdı:Tramp-Putin sövdələşməsi “legitim”liyini itirdi

TRAMP ABŞ “DƏRİN DÖVLƏTİ” QARŞISINDA HANSI ÖHDƏLİYİ GÖTÜRÜB? - NATO tarixə qovuşa, Avropa isə...