04 yanvar 2026
28
Rusiya Maduroya görə ABŞ-a ÇAĞIRIŞ ETDİ
Rusiya ABŞ rəhbərliyini Venesuela prezidenti Nikolas Maduro və onun həyat yoldaşını azad etməyə çağırıb. Yenimeydan.info xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.Nazirlikdən verilən bəyanatda qeyd olunur:
“Venesuela prezidenti Nikolas Maduro və onun həyat yoldaşının ABŞ-da olması ilə bağlı təsdiqlənmiş məlumatlara əsaslanaraq, amerikalı həmkarlarımızı bu mövqeni yenidən nəzərdən keçirməyə və suveren ölkənin qanuni seçilmiş prezidentini və onun həyat yoldaşını azad etməyə çağırırıq”.
XİN vurğulayıb ki, ABŞ və Venesuela arasında mövcud olan hər hansı problemlərin dialoq yolu ilə həll edilməsi üçün şəraitin yaradılması vacibdir.
Oxşar Xəbərlər:

Maduro və xanımı burada saxlanılacaq

Tramp Maduroya Venesuelanı tərk etməsi üçün bir həftə vaxt verib

Bakıdan Avropaya ötürülən “donos”lar - Xaricdəki blogerlərə Bakıdan sifariş gedir...
İstanbulda mühüm sülh və Zəngəzur müzakirələri - İNCƏLƏMƏ

Görüş başlayır:“3+3” sülh platformasına çevriləcək? - ŞƏRH