03 yanvar 2026
27
Zelenski müdafiə nazirini dəyişdirir
Ukrayna Prezidenti Volodimir Zelenski yeni müdafiə naziri təyin edəcəyini açıqlayıb.Yenimeydan.info xəbər verir ki, bu barədə o, axşam video müraciətində bildirib.Ukraynanın müdafiə naziri vəzifəsi Baş nazirin birinci müavini və rəqəmsal transformasiya naziri Mixaylo Fedorova təklif edilib.
“Mən Mixaylo Fedorovu Ukraynanın yeni müdafiə naziri vəzifəsinə təklif etdim. O, dron məsələlərində dərindən iştirak edir və dövlət xidmətlərinin və proseslərinin rəqəmsallaşdırılması üzərində səmərəli işləyir”, – deyə Zelenski bildirib.
Zelenski həmçinin qeyd edib ki, hazırkı müdafiə naziri Denis Şmıhal komandada qalır və ona hökumət işi üçün fərqli bir istiqamət təklif olunub.
Oxşar Xəbərlər:

"YA BİR NEÇƏ HƏFTƏYƏ OLACAQ, YA DA HEÇ VAXT..." – Tramp Putini, Zelenski Trampı təriflədi, sülh isə yenə yoxdur

Təhsil sistemində idarəetmə işinə qeyri-professionalların irəli çəkilməsi təhlükəli tendensiyadır – Getməli olanlar kimlərdir
“Oval kabinet qalmaqalı” Avropanı ABŞ-dan qopartdı:Tramp-Putin sövdələşməsi “legitim”liyini itirdi

Tağı Əhmədovla sonuncu sensasion MÜSAHİBƏ – VİDEO

Gənc qızın şok əməlləri: “Ərin başqa qadın yanına getməsin deyə…” – Təfərrüat