02 yanvar 2026
28
Cəlilabadda yeniyetmə bıçaqlandı
Cəlilabadda mərkəzi parkda - Heydər Əliyev Seyrəngahında bıçaqlanma hadisəsi qeydə alınıb.
Yenimeydan.info xəbər verir ki, gənclər arasında yaranan mübahisə zamanı Cəlilabad rayonunun Uzuntəpə kənd sakini, 2009-cu il təvəllüdlü Məhəmməd Ruslan oğlu Əsgərli bıçaq xəsarətləri alıb.
Yaralı dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, ona ilkin tibbi yardım göstərilib və cərrahi əməliyyat olunub. Hazırda vəziyyətinin stabil olduğu bildirilir.
Əməli törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar Xəbərlər:

Təcili Tibbi Yardım Mərkəzi yeni təcili yardım avtomobillərinə də ehtiyyat hissələri alır –Çox şübhəlidi

Media nümayəndələri təltif edildi -SİYAHI

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

“Gənclər evi” Sosial Xidmət Müəsissələri satınalma keçirir, yoxsa kimlərinsə sifarişini icra edir -İLGİNC FAKTLAR

Prezident əfv sərəncamı imzaladı – SİYAHI