31 dekabr 2025
26
Başqasının evində yaşayan neçə məcburi köçkün azad edilən ərazilərə köçürülüb?
Bugünədək işğaldan azad edilmiş ərazilərə başqa vətəndaşa məxsus mənzildə müvəqqəti məskunlaşmış 221 ailə (808 nəfər) köçürülüb.Yenimeydan.info xəbər verir ki, xəbər verir ki, bu barədə “Trend”in sorğusuna cavab olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.Bildirilib ki, Qarabağ və Şərqi Zəngəzurda bərpa və yenidənqurma işləri sürətlə davam edir:
“İşğaldan azad edilmiş ərazilərə ilk növbədə qəzalı və ağır şəraitdə, yataqxana, sanatoriya, yarımçıq tikililər kimi müxtəlif müvəqqəti məskunlaşma obyektlərində, eləcə də başqasına məxsus mənzildə müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlər köçürülür”.
Qeyd edilib ki, keçmiş məcburi köçkünlər yalnız qeydiyyatda olduqları şəhər, rayon, kənd və qəsəbə üzrə daimi yaşayış sahəsi ilə təmin edilirlər.
Oxşar Xəbərlər:

Səbuhi Əhmədov Bakı və Biləsuvarda köçkün evlərinin təmirini kimlərin əli ilə aparır - İLGİNC FAKTLAR...

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Nizami rayon sakini “Orbita” MTK-nın mənzilini sökməsindən ŞİKAYƏTÇİDİR

Qarabağda ev alıb kirayə verənlərə hüquqşünasdan XƏBƏRDARLIQ

Prezident əfv sərəncamı imzaladı – SİYAHI