29 dekabr 2025
33
Şuşada yollar buz bağladı – Köməksiz vəziyyətdə qalanlar xilas edildi
Şuşada yollar buz bağlayıb, avtomobildə olanlar köməksiz vəziyyətdə qalıb.Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.Bildirilib ki, “112” qaynar telefon xəttinə Şuşa şəhərində yolların buz bağlaması səbəbindən vətəndaşların avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şuşa şəhər Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Yanğınsöndürən-xilasedicilər tərəfindən yolun buz bağlaması səbəbindən sürüşərək yol kənarında qalmış “Hyundai” markalı minik avtomobilinin hərəkəti təmin edilib və sərnişinlərinə müvafiq köməklik göstərilib.
Oxşar Xəbərlər:

FHN-in Əsaslı Tikinti İdarəsi ilə “AZƏRİ BİZNES” MMC 7 aydır yerində sayır –Nədə razılaşa bilmirlər?

Bakıda yaşayış binasında dəhşətli partlayış - - VİDEO -Yenilənib

Neftayırma Müəssisələri üzrə Yanğından Mühafizə Dəstəsində BÖYÜK YEYİNTİ - adını TENDER qoyublar... AMMA...

Niyazi Bayramovun Gəncədə “yol əhvalatı”
“Bravo”dakı cinayətin GİZLİ DETALLARI - Fala baxdırıb basqın etdilər