25 dekabr 2025
37

İordaniyanın Vəliəhd Şahzadəsi Prezident İlham Əliyevi təbrik edib

 

 İordaniya Haşimilər Krallığının Vəliəhd Şahzadəsi II Əl-Hüseyn bin Abdullah Prezident İlham Əliyevə təbrk məktubu ünvanlayıb.
Yenimeydan.info xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri.
Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram.
Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik və rifah arzularımı qəbul etməyinizi xahiş edirəm".