22 dekabr 2025
5
Yazıçılar üçün bina tikdilər, vətəndaşın hasarı uçdu – VİDEO
Bakıda gecə saatlarında məhəllənin hasarı tikinti şirkəti tərəfindən uçurulub. Yenimeydan.info Xəzər TV-yə istinadən xəbər verir ki, paytaxtın Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi, 18 ünvanında yaşayan sakinlər belə iddia edirlər.Vətəndaşların sözlərinə görə, həmin ünvanda “Xəmsə Palace 2021” MTK tərəfindən iki bina inşa edilib. Lakin bir müddət əvvəl üçüncü binanın tikintisi zamanı qazıntı işləri aparılarkən onların həyətinə məxsus hasar uçub.
Ev sahibi iddia edir ki, məhkəmə qərarına əsasən tikinti işləri dayandırılmalı idi, lakin buna baxmayaraq, proses hələ də davam etdirilir.
Sakinlərin şikayəti ilə bağlı “Xəmsə Palace 2021” MTK-dan bildirilib ki, sözügedən binalar 2021-ci ildə Azərbaycan Yazıçılar Birliyinin üzvlərinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə dövlət başçısının sərəncamına əsasən tikilib. Şirkət nümayəndəsinin sözlərinə görə, vətəndaşın qeyd etdiyi daş hasarın uçması yağıntılı hava şəraitində torpaq qatının yumşalması ilə əlaqədardır.
Tikinti şirkəti həmçinin iddia edib ki, vətəndaşın yaşadığı 24 sot torpaq sahəsi MTK-nın rəsmi ərazisinə daxildir.
Vətəndaş isə bildirib ki, torpağın çıxarışı olmasa da, onun əlində bələdiyyə sənədi mövcuddur. O, çıxarışın alınması üçün müvafiq dövlət qurumuna müraciət edib.
Oxşar Xəbərlər:
Adnan Əhmədzadə ilə bağlı YENİ SENSASİON FAKTLAR-Rusiya trans-cinayətkar və “çirkli pulların yuyulması” şəbəkəsinə bağlantıları...

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

«Gold Residense» 500 nəfəri MÜHASİRƏDƏ SAXLAYIR... - NARAZILIQ VAR...

“İDF” tikinti şirkəti MMC, MTK-ya necə çevrildi?

Prezident əfv sərəncamı imzaladı – SİYAHI