21 dekabr 2025
34
Rusiya Kiyev və Avropanın sülh planına etdiyi dəyişikliklərdən narazıdır
“Vaşinqtonun Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün təklif etdiyi sülh planına Kiyev və Avropa tərəfindən edilən dəyişikliklər razılaşmaların əldə edilməsini gecikdirir”. Yenimeydan.info-nun verdiyi məlumata görə, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.“Mən tam əminəm ki, avropalıların tətbiq etməyə çalışdığı müddəalar uzunmüddətli sülhə nail olmaq şanslarını artırmır”, – deyə o, jurnalistlərə bildirib.
O, həmçinin əlavə edib ki, Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev və amerikalı tərəfdaşlar arasında münaqişənin həlli ilə bağlı danışıqlar Mayamidə davam edir. Dmitriyev nəticələr barədə danışıqlar başa çatdıqdan sonra məlumat verəcək.
Rusiya liderinin xüsusi nümayəndəsi əvvəllər ABŞ-da danışıqların ilk gününün konstruktiv keçdiyini bildirmişdi.
Oxşar Xəbərlər:
Adnan Əhmədzadə ilə bağlı YENİ SENSASİON FAKTLAR-Rusiya trans-cinayətkar və “çirkli pulların yuyulması” şəbəkəsinə bağlantıları...

Hikmət Hacıyev: Bu gün təbii qazın real alternativi yoxdur

Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib -YENİLƏNİR/FOTOLAR

“Qoca qitə”yə dərs:“Avropa NATO-su tədricən yaranacaq”

TRAMP ABŞ “DƏRİN DÖVLƏTİ” QARŞISINDA HANSI ÖHDƏLİYİ GÖTÜRÜB? - NATO tarixə qovuşa, Avropa isə...