18 dekabr 2025
6

Milyonlarla manata satılan villalar,obyektlər hansı məmurlarındır? FOTO

 
Bakıda bahalı villar, obyektlər satışa çıxarılıb.

Son aylarda paytaxtın mərkəzində və ətraf qəsəbələrdə olduqca bahalı vilalların satışına dair elanların sayı artıb.

Müşahidələrə görə son hadisələr və yüksək çinli məmurların həbsləri, araşdırmaya cəlb olunmaları bunu deməyə əsas verir ki, bəzi məmurlar öz adlarına belə olmayan villa və mənzillərini,obyektlərini satışa çıxarıb.

XALQ-a apardığı araşdırma nəticəsində əmlak saytlarında apardığı müşahidələr göstərib ki, xüsusilə sentyabr,oktyabr,noyabr aylaraından etibarən dəyəri 1 milyon manatdan yuxarı olan əmlakların satışı ilə bağlı elanların sayı artıb.

Hətta tikinti və təmirinə, eləcə də avadanqılarına 1-2 milyon manatdan artıq vəsat xərcləndiyi bildirilən vilalların yarı qiymətə daha ucuz satışa qoyulması hallarına da rastlanılıb.

Müşahidələr göstərib ki, satışa çıxarılan vilaların,nənzillərin,obyektlərin bir çoxu əsasən mərkəzdən kənar ərazisində yerləşir. Burada sahəsi 200-600 kvm olan villalar müxtəlif qiymətlərə təklif olunur.

Maraqlı məqam villaların işərisindəki bahalı əşyalarla birlikdə saıtlması və qiymətlərin buna görə hesablanmasıdır.

Villaların, mənzillərin və obyektlərin satışı hansı zərurətdən əşyalarıla birlikdə satılması maraq doğurur.

İddilara görə bu bahalı villalar, mənzillər, obyektlər məmurlara məxsus olması ictimayyət arasında ciddi müzakirə olunur.

Məmur maaşı ilə bu qədər bahalı əmlaka sahib olmaları isə artıq hüquq-mühafizə orqanlarının araşdırması mövzüsudur.

Həmin elanları təqdim edirik: