17 dekabr 2025
5
Sumqayıtda yeniyetmə bıçaqlandı – Həmyaşıdı saxlanıldı
Sumqayıtda 16 yaşlı oğlan bıçaqlanıb.Yenimeydan.info qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə dekabrın 16-sı şəhərin 16-cı mikrorayon ərazisində qeydə alınıb.Şəhər sakini 2009-cu il təvəllüdlü T.Ş. bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən onun həmyaşıdı N.A. saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
İlkin məlumata görə, hadisə küçədə baş vermiş mübahisə zəminində törədilib.




