17 dekabr 2025
6
Mədəniyyət Nazirliyi bir ildə 2 milyonu nəyə xərcləyib?- MARAQLI DETALLAR
Adı son günlər bir sıra qalmaqallarda hallanan Mədəniyyət Nazirliyi növbəti tenderinə yekun vurub.Tribuna.az xəbər verir ki, nazirliyin Əsaslı Tikinti və Təchizat MMC təsərrüfat mallarının satın alımasını həyata keçirəcək.
Məlumatda qeyd edilir ki, tenderin qalibi “TEXNOLOG” MMC olub. Şirkət Mədəniyyət Nazirliyinin sifarişini yerinə yetirmək üçün 1 milyon 349 min 241 manat ödəniş alacaq.
Qeyd edək ki, belə bahalı tenderlər nazirlik 157 adda müxtəlif çeşid məhsul almağı planlaşdırır. Onların içində zibil qutusu, maye sabun, lampalar, avtomat açarlar və digər təsərrüfat malları var.
Tribuna.az-ın açıq mənbələr üzərindən apardığı araşdırma zamanı məlum olub ki, Mədəniyyət Nazirliyi bu ilin may ayında da analoji tender keçirib. Elə həmin tenderin qalibi də “TEXNOLOG” MMC olub. Təsərrüfat mallarının satın alınması məqsədi ilə tərəflər arasında 589 min 86 manatlıq müqavilə bağlanılıb.
Xatırladaq ki, Mədəniyyət Nazirliyinin adı tender qalmaqallarına da qarışıb. Hələ bir qədər əvvəl məlum olmuşdu ki, xaricdə keçirilən tədbirin maliyyələşdirilməsi zamanı xeyli şişirtmələrə yoll verilib.
Qarşı tərəfi də dinləməyə hazırıq.
Fərda Uğur
Oxşar Xəbərlər:
Adnan Əhmədzadə ilə bağlı YENİ SENSASİON FAKTLAR-Rusiya trans-cinayətkar və “çirkli pulların yuyulması” şəbəkəsinə bağlantıları...

Rafiq Vəliyev Mədəniyyət Nazirliyinin pullarının 30 faizini öz layihəsinə xərcləyib-DETALLAR

“Əsaslı Tikinti və Təchizat” MMC-nin “ŞƏMKİR TİKİNTİ-18” ASC ilə ŞÜBHƏLİ İŞBİRLİYİ - İLGİNC FAKTLAR

Rəfail Mehralıyevin yeznəsi milyonları BELƏ XIRID EDİR..

Prezident əfv sərəncamı imzaladı – SİYAHI