17 dekabr 2025
7

Maliyyə Nazirliyi 1,1 milyon manata ofis icarəyə götürmək istəyir

 
Maliyyə Nazirliyi qeyri-yaşayış sahəsini icarəyə götürmək məqəsdi ilə tender müsabiqəsi elan edib.
Yeniavaz.com
xəbər verir ki, nazirliyin 8-ci zonada icarəyə götürmək istədiyi ofisin sahəsi 1 500 kv. metr olmalıdır.
Qeyd edək ki, nazirlik 30 ay üçün icarəyə götürəcəyi ofisə 1 milyon 133 min 250 manat ödəməyi nəzərdə tutub (ehtimal olunan qiymət).
Rəqəmlərdən də göründüyü kimi, nazirlik icarəyə götürəcəyi 1 500 kv. metr ofis üçün ayda 37 min 775 manat ödəmək istəyir.
Bildirilir ki, icarəyə götürüləcək qeyri-yaşayış binasında azı 85 otaq, həmçinin istirahət otağı, lift və 6 mətbəx olmalıdır.