13 dekabr 2025
10
Baba Rzayev 57.2 milyonluq layihələri tendersiz həyata keçirir
“Azərenerji” ASC 330 kV-luq “Ordubad-Naxçıvan” EVX-nin (105 km) və 330 kV-luq “Cəbrayıl-Ağbənd” EVX-nin tikintisi (74 km) işlərinə 57 280 000 AZN sərf edəcək.Pravda.az-ın xəbərinə görə, bu işlər iki şirkətə – “ElektrikQuraşdırma” Müəssisəsinə (33 600 000 AZN) və “Azərelektrik Tikinti Quraşdırma” MMC-yə (23 680 000 AZN) verilib.
ASC və şirkətlər arasında bağlanan müqavilələr üzrə satınalma prosedurları dövlət satınalmalarının vahid internet portalında keçirilməyib. Burada “bir mənbə metodu”ndan istifadə olunub. “ElektrikQuraşdırma”nın Nizamnamə kapitalı 6 000 AZN, “Azərelektrik Tikinti Quraşdırma”nın Nizamnamə kapitalı isə 10 AZN-dir.
Sifarişçi qurumun rəhbəri Baba Rzayevdir.
Oxşar Xəbərlər:

FHN-in Əsaslı Tikinti İdarəsi ilə “AZƏRİ BİZNES” MMC 7 aydır yerində sayır –Nədə razılaşa bilmirlər?

Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -Ölkəni fəlakətə aparırlar...

ADSEA-nın Nəqliyyat və Xüsusi Texnika İdarəsindəki bu talançılığın qarşısı alınacaqmı?

ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -TƏFƏRRÜAT+VİDEO

Sumqayıtda “Dövlət satınalmaları haqqında” Qanuna sözün əsl mənasında meydan oxuyurlar